!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda məşhur restorandakı kütləvi zəhərlənməyə görə həbs

!Reklam – Yazi

Bakıda məşhur restoranda kütləvi zəhərlənmə faktına görə bir nəfər həbs olunub.

Bakı şəhər Prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, avqustun 11-də paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında 3-ü azyaşlı olmaqla 13 nəfərin qidadan zəhərlənməsi faktına görə rayon prokurorluğunda cinayət işi başlanıb.

İlham İdris oğlu Qasımov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində ∷məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

www.yenicag.az

1572
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv