Bakıda məşhur şəxslərin lövhələrində səhvlər – FOTOLAR

Bakıda “Monolit” binasının fasadındakı məşhur sakinlərlə bağlı xatirə lövhələrində orfoqrafik səhvlərə yol verilib.

Yenicag.az xəbər verir ki, tanınmış hərbçilərimizin – general-mayor Akim Abbasovun, general-mayor Şəmsi Rəhimovun, general-leytenant Hüseyn Rəsulbəyovun xatirə lövhələrinin bəzilərində soyad əvvəldə, şəxs adı sonda, digərində isə tərsinə göstərilib.

Bəstəkar Üzeyir Hacıbəyovun kiril əlifbası ilə yazılmış xatirə lövhəsində isə bir hərf səhvi (“evdə” əvəzinə “evda”) və üç durğu işarəsi səhvi var.