Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda meydan sulayan “Avtoş Rasim”in SONU - VİDEO

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Bakı şəhərində avtoxuliqanlıq hərəkətləri edərək sosial şəbəkələrdə yayan, əvvəllər məhkum olunmuş, “Avtoş Rasim” kimi tanınan Rasim Şükürov saxlanılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalarla müəyyən olunub ki, o, aprelin 6-da idarə etdiyi “VAZ-2107” markalı avtomobillə paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edərkən hərəkətdə olan moped sürücüsü Edik Adıgözəlovu vuraraq hadisə yerindən yayınıb.

R.Şükürovun barəsində toplanan materiallar Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə R.Şükürov İnzibati Xətalar Məcəlləsinin 511.1-ci (avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə) maddəsi ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.

Loading...

www.yenicag.az

209
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100