Bakıda meyit tapıldı

Bakıda evdə meyit tapılıb.

Yenicag.az xəbər verir ki, paytaxtın Xəzər rayon Mərdəkan qəsəbə sakini Fərhad Aslanovun meyiti yaşadığı ünvanda aşkarlanıb.

Qeyd edək ki, F. Aslanov uzun müddətdir yalnız yaşayır və onun meyitini qonşuları ətrafa yayılan kəskin qoxudan sonra müəyyən ediblər.

Hazırda F. Aslanovun ölüm səbəbləri araşdırılır.