!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda meyiti soyuducuda saxlayıb, sonra basdırdılar

!Reklam – Yazi

75740_res_01Bakıda yaşayış evinin həyətindən torpağa basdırılmış meyit tapılıb.

Sabunçu Rayon Polis İdarəsindən  verilən məlumata görə, hadisə Ramana qəsəbəsi Şuşa şəhərciyində qeydə alınıb.

Qəsəbədəki evlərdən birinin həyətyanı sahəsində torpağa basdırılmış kişi meyiti aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gedib. Hadisənin kimin tərəfindən və hansı şəraitdə törədildiyi hələlik məlum deyil.

Amma meyiti tapılan şəxsin kimliyi müəyyənləşib. Sabunçu RPİ-dən verilən məlumata görə, aparılan zəruri əməliyyat tədbirləri nəticəsində meyiti tapılan şəxsin 1988-ci il təvəllüdlü Əli Səfər oğlu Seyidov olması məlum olub. Ə.Seyidov itkin düşmüş şəxs kimi axtarışda olub.

İlkin baxış zamanı cəsədin basdırılmazdan əvvəl soyuducuda saxlanıldığı məlum olub. Hazırda faktla bağlı araşdırmalar aparılır və müvafiq ekspertizalar təyin edilib. (apa.az)

www.yenicag.az

655
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv