Lənkəran rayonundan Bakıya gələrkən paytaxtın Qaradağ rayonu ərazisində qəzaya uğrayan mikroavtobusda xəsarət alan şəxslərin şəxsiyyəti məlum olub.
Hadisə nəticəsində 5 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həmin şəxslər – 1970-ci il təvəllüdlü Quliyeva Vəsilə Gülağa qızı, 1961-ci il təvəllüdlü Fərziyev Möhtərəm Əliheydər qızı, 1966-cı il təvəllüdlü Zəkiyrev Hüseynağa Xəzər oğlu, 2004-cü il təvəllüdlü Kazımov Davud İxtiyar oğlu və 1965-ci il təvəllüdlü Salayeva Qəmər Davud qızıdır.
Yaralıların vəziyyəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdiriliblər./Trend/
***
Lənkəran rayonundan Bakıya gələn mikroavtobus paytaxtın Qaradağ rayonunda aşıb.
Yenicag.az xəbər verir ki, hadisə zamanı 2-si qadın olmaqla 6 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildiriib ki, təcili tibbi yardım maşınları hadisə yerindən 6 yaralını xəstəxanaya aparır.
O qeyd edib ki, yaralılardan 4-ü kişidir: “Kişilərdən biri Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına, digər 5 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilir”./Report/