Bakıda mikroavtobus yük avtomobili ilə toqquşdu – Ağır yaralılar var

Bakının Qaradağ rayonu ərazisində (Sahil qəsəbəsinə çatmamış, “NUR” marketin yanında) ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, qəza zamanı mikroavtobus yük avtomobili ilə toqquşub.

Səhiyyə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, “təcili yardım”a çağırış saat 07:42 də daxil olub.

Məlumata görə, hadisə yerinə altı təcili tibbi yardım briqadası yollanıb. Qəza nəticəsində xəsarət alan 6 nəfər KTM-ə çatdırılıb. Həkimlərin bildirdiyinə görə, yaralılardan 2-nin vəziyyəti ağır, 4-nün vəziyyəti orta ağırdır.