Bakıda mikroavtobusla yük avtomobili toqquşdu – Ölən var

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Mercedes” markalı mikroavtobusun yol kənarında dayanan “DAF” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub.

Bu barədə Yenicag.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 3 nəfəri deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.