Bakıda minik avtomobili TIR-la toqquşdu: Ölənlər var

Bakıda avtomobil TIR-la toqquşub.

Yenicag.az xəbər verir ki, hadisə Səbail rayon ərazisində qeydə alınıb.

1996-cı il təvəllüdlü Vasif Behbudov idarə etdiyi VAZ 2107 markalı avtomobil İran vətəndaşı, 1985-ci il təvəllüdlü Naziri Çiqlanın idarə etdiyi TIR-la toqquşub. Nəticədə sürücü və avtomobilin qabaq oturacağında əyləşmiş, şəxsiyyəti hələlik məlum olmayan daha bir nəfər ölüb, iki nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.