Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində minik avtomobilində yanğın baş verib.
Yenicag.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının qarşısı alınaraq qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində “AzSamand” markalı minik avtomobilinin mühərriki və elektrik lövhəsinin yanar hissələri qismən yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.