Bakıda minik maşını dərəyə düşüb

Bakının Qaradağ rayonunda “NAZ” markalı minik avtomobili dərəyə düşüb.

Yenicag.az  xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olub.

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış sərnişini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.