Bakıda möhtəşəm Festival – Pulsuz FİLMLƏR

Bakıda “Qaraj” Muzeyi və MDB ölkələrinin əsas mədəniyyət müəssisələri ilə birgə İkinci Garage Screen Film Festivalı keçiriləcək.

Yenicag.az xəbər verir ki, müasir incəsənətlə bağlılığı olan yeddi film nümayiş olunacaq.

Rəssamlar haqqında filmlərlə yanaşı proqram çərçivəsində 2018-ci ilin ən parlaq debütləri, məşhur feminist komiksi əsasında çəkilmiş “Tropikvirusu”, yeniyetmələr haqqında “Başlanğıc” və “Madlen Madlen” ekran əsərləri nümayiş olunacaq.

Bu ilki festivalın tərəfdaşları YARAT Müasir İncəsənət Məkanı və Nizami Kino Mərkəzidir. Nümayişlər həmin məkanlarda keçiriləcək. YARAT Mərkəzində nümayişlər pulsuz olacaq və yalnız telefon vasitəsilə əvvəlcədən qeydiyyatdan keçmək tələb olunur.

Cəvahir