Bakıda motosiklet aşıb, sürücü ölüb

Bakıda motosiklet aşıb, sürücü ölüb.

Martın 17-də saat 12 radələrində Xəzər rayonunun Türkan qəsəbəsində Bakı şəhər sakini Elvin İldarov idarə etdiyi “Honda” markalı motosikleti aşırıb. Nəticədə E. İldarov hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Yeniçağ.az