Sumqayıtda müəmmalı qətl – Avtomobildə kişi meyiti tapıldı

Sumqayıt şəhərində 62 yaşlı kişinin meyiti maşınında tapılıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Aydın Şıxəliyevin meyiti onun idarə etdiyi “Mercedes” markalı avtomobildə tapılıb. Araşdırma zamanı onun bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.