Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Bakıda mühafizə polisinin maşını qəzaya düşdü: Xəsarət alanlar var - FOTO/VİDEO

Bakıda Daxili İşlər Nazirliyinin Mühafizə polisinin avtomobili qəza törədib.

Yenicag.az-ın xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında “Chevrolet Aveo” markalı avtomobil yoldan çıxaraq qəzaya uğrayıb. Maşın əvvəlcə səkiyə, daha sonra işıq dirəyinə çırpılıb. Dirək qırılaraq yola düşüb.

Qəzaya avtomobil hərəkətdə olarkən qəflətən qarşısına piyada çıxması səbəb olub.

Hadisə yerinə təcili yardım əməkdaşları gəlib.

Avtomobildə olan sərnişin və sürücü ağır xəsarətlər alıb. Avtomobilə ciddi ziyan dəyib.

Qəza nəticəsində xəsarət alan sürücü təcili tibbi yardım briqadası ilə xəstəxanaya aparılıb.

 

www.yenicag.az

2507