Bakıda mühüm sammit keçiriləcək

Bakıda İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Zirvə görüşü bu il noyabrın 12-13-də baş tutacaq.

Qeyd edək ki, İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinin keçirilməsi ilə BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) start veriləcək.