Bakıda muzdla çalışan işçilərin SAYI və MAAŞI

Bakıda muzdla çalışan işçilərin sayı bilinib.

Yenicag.az-ın məlumatına görə, 2021-ci ilin yanvar-may aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10354 nəfər artaraq 859432 nəfər olub.

2021-ci ilin yanvar-may aylarının ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 4,0 faiz azalaraq 944,4 manat təşkil edib.