Reklam

Reklam

Tanınmış xeyriyyəçi xanım Nərgiz Babayeva Bakıda yeni restoran açıb.

Yenicag.az xəbər verir ki, İçərişəhərdə yerləşən restoran “My Dom u Nargiz” adlanır. Restoranda ev yeməkləri və ev şirniyyatları təqdim edilir. Heç bir farikantdan istifadə edilmir.

N.Babayeva restoran açmaq niyyətinin haradan yaranması ilə bağlı fikirlərini bölüşüb. Uşaqlıqdan evlərinin qonaq-qaralı olduğunu deyən Nərgiz xanım bildirir ki, hələ uşaq yaşlarından özü də yemək bişirməyə həvəsli olub:

“Hələ 4-cü sinifdə oxuyurdum özüm evdə dönər düzəldirdim. Dostlarım, sinif yoldaşlarım bizə gələndə xahiş edirdilər ki, Nərgiz, bizim üçün dönər düzəlt, düzəldirdim və hamısı bəyənirdi. Bilirsiniz, hamı çalışır ki, evinə qonaq gələndə onu razı yola salsın. Bizim ailədə bu hislər bir qədər artıqdır, biz qonağımız üçün canımızı da verərik. Mən özüm çox xoşlayıram ki, evimə qonaq gələndə onun qarşısına müxtəlif cür təamlar qoyum, onları da özüm hazırlayıram. Eləcə də iş-gücümün çox olmasına baxmayaraq, ailəm üçün yeməkləri özüm bişirirəm. Bütün bunlar mənim yemək işinə olan həvəsimdən irəli gəlir. Elə bu həvəs də restoran açmağıma gətirib çıxartdı məni. Bir müddət idi düşünürdüm ki, balaca bir yer açım, amma ev şəraitində. İstəyirəm gələn qonaqlar özlərini evindəki kimi hiss etsinlər. İçərişəhərdə bizim restorandan başqa heç yerdə Corat qutabı verilmir. Həm də bunu biz özümüz hazırlayırıq”.

Restoranda ən müxtəlif mürəbbələrdən tutmuş, şirniyyata, çörəyə, yeməklərə qədər hamısı orada ev şəraitində hazırlanır. Açıldığı bir neçə gün ərzində xeyli müştəri yığan obyekt çox böyük maraqla qarşılanıb. Nərgiz xanım isə deyir ki, insanların ora təkrar-təkrar gəlməsi onu daha da həvəsləndirir:

“Mən xoşsifət olmağı sevirəm, xoşsifət insanları da həmçinin. Ona görə gələn qonaqlarım hamısı deyirlər ki, Nərgiz, özün kimi restoranın da adamın üzünə gülür. Sadəlik çox vacib amildir. Sadəlik olmasa həyat gözəl olmaz. Biz çoxlu sayda insanlara yardım edirik, bildiyiniz kimi, Uşaqların Xoşbəxt Gələcəyi adlı təşkilatımız var və o təşkilatın xəttilə ürək qüsurlu uşaqların əməliyyatını, müalicəsini təşkil edirik. Bu, xeyriyyə məqsədilə atılan addımdır. Və bu işdə sadəlik bizim ən böyük yardımçımızdır. İnsanlara yuxarıdan-aşağı baxan heç kim mənim ətrafımda, yaxınımda ola bilməz. Mənə deyirlər bəzən ki, indi sən aşbazlıq edəcəksən? Bəli, mən bunu edirəm və Allahın mənə verdiyi bu sadəliklə fəxr edirəm. Məni həyatda saxlayan 3 şey var: ailəm, yardım edə bildiyim xəstə uşaqlar, hansı ki, onlara canımı da qurban edərəm, təki heç bir ananın gözləri övladı üçün ağlamasın, üçüncü isə mətbəxdir. Bundan gözəl heç nə yoxdur mənim üçün həyatda. Bu restoranı açmaq mənim çoxdankı arzum idi və çox şükür ki, reallaşdırdım”.

Qeyd edək ki, “My Dom u Nargiz” İçərişəhər, Qoşa Qala 40 ünvanında yerləşir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 822
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."