Bakıda kişi özünü yandırıb

скачанные файлы (2)Bakıda intihara cəhd olub.

Səbail rayon Prokurorluğundan verilən məlumata görə, hadisə bu gün səhər 06.00 radələrində paytaxtın Niyazi küçəsində, Filarmoniya bağında qeydə alınıb. 40-45 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb. Hadisə yerində olan şəxslərin köməkliyi ilə həmin şəxs xilas edilib və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.