!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda naməlum şəxslər sürücünü hədələyib, pulunu aldı

!Reklam – Yazi

Bakıda naməlum şəxslər taksiyə basqın edərək sürücüyə qarşı quldurluq ediblər.

Yenicag.az-ın məlumatına görə, hadisə avqustun 27-də saat 06 radələrində paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan Qəhrəmanov Telman İbad oğlunun idarə etdiyi “KIA Forte” markalı minik avtomobilinə qabaqcadan əlbir olan bir qrup şəxs əyləşdikdən sonra silah qismində istifadə etdikləri əşyanı sürücünün bel nahiyəsinə dirəməklə sürücünün 278 manatını quldurluq yolu ilə ələ keçiriblər.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə cinayət işi başlanılıb./Report/

www.yenicag.az

1464
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv