Bakıda namus davası – Video

376925Bakıda namus üstündə dava olub.

Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yaşayış kompleksində baş verib. Bir neçə nəfər orta yaşlı kişini təqib ediblər. Həmin şəxs də onlardan canını qurtarmaq üçün kompleksin ərazisindəki bərbərxanaya girib. Həmin şəxslər də onun arxasınca həmin salona daxil olublar.

Kişi onlara bıçaq çıxararaq müdafiə olunmaq və qaçmaq istəyib. Lakin həmin şəxslər bərbərxananın qapısını bayır tərəfdən bağlayaraq onun qaçmasına imkan verməyib, köməyə daha iki nəfər çağırıblar.

Daha sonra iki nəfər gələrək bərbərxananın şüşələrini sındıraraq içəri girib, həmin kişini döyə-döyə maşına basıb naməlum istiqamətə gediblər.

Davada iştirak edən cavan oğlanlardan biri ətrafa toplaşan insanlara həmin kişinin qardaşının arvadı ilə əlaqəsi olduğunu, ailəsini dağıtdığını deyib.

https://youtu.be/A0FpYIzmL7s