!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda narkoman ananın yaşatdığı DƏHŞƏT - Təhlükədə olan körpə... - ANBAAN VİDEO / + 18

!Reklam – Yazi

“Narkotik istifadəçisi qadın hər gün axşam saatlarında Suraxanı rayonu Qaraçuxur qəsəbəsində məscidinin qarşısında uşağını diləndirir”.

Yenicag.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

K.Ağazadə bildirib ki, qadın uşağının diləndiyi pulları narkotik vasitə almağa sərf edir:

“Həm özü, həm də həyat yoldaşı bu vəziyyətdədir. İki yaşlı uşaq təhlükəli durumdadır. Uşaq ailədən dərhal uzaqlaşdırılsın. Bir neçə ay öncə bu alənin qaldığı evin yanında qarajda yanğın çıxıb. Bu insanlar həmin qarajda kimlərlə nələrsə edib.

Mənim narahatlığım iki yaşlı uşaqdır. Kim zəmanət verə bilər ki, yanğın yenidən çıxmayacaq? Artıq qaraj yoxdur, demək ki, ora gələnlərlə yanğını evdə çıxara bilərlər, o zaman uşağın aqibətini siz deyin…”.

O əlavə edib ki, evin ünvanını aidiyyəti qurumlar verə bilər.

Daxili İşlər Nazirliyindən bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri ilə birgə həmin ünvana baxış keçiriblər. Araşdırma zamanı həmin ailə üzvləri ana Arzu Mehtiyeva və ata Valeh Balacayevin tüfeyli həyat tərzi keçirdikləri müəyyən edilib.

Buna baxmayaraq, ananın və atanın narkotik maddələrdən istifadə etdikləri şübhə doğurduğundan onlar polis bölməsinə dəvət ediliblər. Arzu Mehtiyeva və Valeh Balacayevin narkotik maddələr aludəçisi olub-olmadıqlarını müəyyən etmək səbəbilə onlar müayinə üçün narkoloji mərkəzə göndəriləcəklər. Onların narkotik vasitələr aludəçisi olduqları təsdiq edilsə, həmin şəxslərin məhkəmənin qərarı ilə məcburi qaydada müalicəyə göndərilməsi təmin olunacaq. Bundan sonra ailənin azyaşlı övladının gələcək taleyi ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanda qərar qəbul ediləcək.

www.yenicag.az

1436
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv