Reklam

Reklam

Balaxanı qəsəbəsində narkotik maddələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən narkoşəbəkə ifşa edilib.

Yeincag.az DİN-ə istinadən xəbər verir ki, Balaxanı qəsəbə sakini, Elxan Səfərzadə narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün saxlanılaraq polis bölməsinə gətirilib. Onun üzərində axtarış zamanı 1 büküm şəxsi istehlak miqdarından artıq narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı E.Səfərzadəyə narkotik maddəni satanın kimliyinə də aydınlıq gətirilib və məlum olub ki, o heroini Yuriy adlı şəxsdən alıb. Narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Balaxanı qəsəbə sakini, Yuriy Babayev də saxlanılaraq istintaqa təqdim olunub.

Narkotik maddənin mənbəyi də müəyyən edilib. Y.Babayevə heroini Balaxanı qəsəbə sakini Əzim Əzimov satıb. Həmin şəxs də polislər tərəfindən saxlanılaraq bölməyə gətirilib. Ə.Əzimovun üzərində şəxsi axtarış aparılan zaman cibindən hazır qablaşdırılmış formada satış üçün nəzərdə tutulan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1101
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."