Bakıda narkotacir saxlanıldı

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş V.Məmmədovun ətrafında Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Abşeron rayonunun Quşçuluq yaşayış sahəsindəki evindən 1 kiloqram 100 qram heroin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.