!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda narkotacir və alıcı tutuldu

!Reklam – Yazi

Bakıda polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

Yenicag.az-ın xəbərinə görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1976-cı il təvəllüdlü, əvəllər məhkum olunmuş N.Bağırovdan 4,768 qram heroin və 0,401 qram metamfetamin aşkar olunaraq götürülüb.

Araşdırma zamanı məlum olub ki, N.Bağırov narkotik vasitələrini Abşeron rayon sakini, 1985-ci il təvəllüdlü, əvəllər məhkum olunmuş S.Süleymanova satıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs də saxlanılıb.

Onun üzrərinə baxış keçirilən zaman 0,156 qram heroin və 0,53 metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

759
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv