Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Bakıda narkotik satan baş redaktorla bağlı QƏRAR

Bakıda narkotik alveri ilə məşğul olan baş redaktor Şəfəq Ağacanın barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanını vəsatətinə baxılıb.

Yenicag.az xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib.

Şəfaq Ağacanın barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

İttihama görə, paytaxtın Nərimanov rayonu ərazisində Şəfəq Ağacan narkotik maddə olan marixuananı satarkən yaxalanıb.

Hüquq-mühafizə orqanları əməkdaşları onun üzərinə baxış keçirərkən ondan satmaq istədiyi bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüb.

Qeyd edək ki, Şəfəq Ağacan kimi tanınan Şəfəq Ağabalayeva Bakupress.az saytının təsisçi və baş redaktorudur.

www.yenicag.az

835