Bakıda nazirliyin binasında tüstülənmə oldu

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin binasının dam örtüyündə tüstülənmə baş verib.

Nazirlikdən Yenicag.az-a bildirilib ki, buna səbəb olaraq elektrik naqillərindəki qısaqapanma ehtimal edilir.

“Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qısa müddət ərzində tüstülənmənin qarşısı alınıb”, – məlumatda qeyd olunub