Bakıda nənə və nəvəni maşın vurub

5823e339dc3680211623527e6e8c806fBakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Qara Qarayev prospektində qeydə alınıb. Bakı şəhər sakini Rauf Atakişiyev idarə etdiyi “Lada” markalı avtomobillə yolu keçən 68 yaşlı Antolina Kuznitsova və onun nəvəsi, 9 yaşlı Ariyana Kuznitsovanı vurub. Nəticədə nənə aldığı xəsarətdən hadisə yerində ölüb, nəvəsi isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.