Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda Nuru Paşanın heykəli qoyulacaq

Bakıda Nuru Paşa heykəlinin inşa edilməsi təklifinə Türkiyədən dəstək gəldi.

Yenicag.az-ın əldə etdiyi məlumata əsasən, 15 sentyabr 1918-ci ildə Bakını erməni terrorçularından təmizləyən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya (Killigil) Bakıda heykəl qoyulması məsələsi gündəmə gəlib. Bu təklifə türkiyəli araşdırmaçı-yazar, 2016-cı ilin iyun ayında dərc edilən “Nuru Killigil” kitabının müəllifi Atilla Oral da dəstək verib.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Oral Bakıda Nuru Paşa heykəlinin ucaldılması ilə bağlı verdiyi təklifi yüksək qiymətləndirib. O, prezident İlham Əliyevə təqdim edilməsi üçün təşkil edilən imza aksiyasına dəstək verəcəyini söyləyib:

“Çox arzu edirik ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ərəfəsində Bakının ən gözəl meydanlarından birində Nuru Paşanın heykəli ucaldılsın. Türkiyədə olduğu kimi Azərbaycanda da Nuru Paşa adının əbədiləşdirilməsi üçün böyük səy göstərilir. Millət vəkili Qənirə Paşayeva, jurnalist-yazar Aqil Ələsgər, QHT sədri İlham İsmayılov, İlqar İlkin və başqa dəyərli dostlarımız bu işə canı-könüldən dəstək verirlər. Biz Nuru paşanın şəhid olduğu fabrikin yerində abidəsinin qoyulması üçün çalışırıq.”Bir millət, iki dövlət” prinsipinin daim yaşamasını və hər sahədə özünü göstərməsini istəyirik. Fürsətdən istifadə edib, Bakıdakı bütün dostlarımı da salamlayıram.”

Yenicag.az-ın daha əvvəl də xəbər verdiyi kimi, Azərbaycan istiqlaliyyətinin nüfuzlu şəxsiyyətlərindən olan Nuru Paşanın İstanbul Bəyoğlu rayonu Sütlücə bölgəsində 2 mart 1949-cu ildə partladılmış silah fabrikinin yerində Nuru paşanın adını daşıyacaq parkın salınması ilə bağlı qərar İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən təsdiq edilmişdi. Belə gözlənilir ki, 15 sentyabrda parkın açılışı baş tutacaq.

Həmçinin 2018-ci ilin yaz aylarında həyata keçirilməsi planlaşdırılan beynəlxalq “Nuru Killigil Simpoziumu”nun da hazırlıqları davam etdirilir.

Yenicag.az

www.yenicag.az

747
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM