Bakıda ödənişli xidmətlərin dəyəri artdı

2023-cü ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 13,3% artaraq 1639,3 milyon manat olub.

Bu barədə Yenicag.az-a Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verilib.

Qeyd edək ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1250,4 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 76,3%-ni təşkil edib.