Yeni Günəşli və Zığda 3 nəfər qanunsuz odlu silahları polisə təhvil verib.
DİN-in mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə müraciət edən Yeni Günəşli və Zığ qəsəbəsində yaşayan 3 nəfər dünyasını dəyişən qohumlarından qalan qanunsuz saxladıqları ümumilikdə 3 ədəd ov tüfəngini könüllü olaraq bölmə əməkdaşlarına təhvil veriblər.
Əhalidə saxlanılan qanunsuz odlu silahların təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün hər 3 vətəndaşa təşəkkür edilib.