Bakıda ofis yandı

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 300 m² olan ofisin 1 otağında əşyalar 5 m² sahədə, elektrik lövhəsində 6 ədəd sayğac və 2-ci mərtəbəsinin çöl divarında quraşdırılan kondisionerin kompressoru yanıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, ofisin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.