Qısqanclıqdan qızı öldürdü, oğlanı isə… – Bakıda

Bakıda dəhşətli qətl törədilib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 10.00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində, “Şərq” bazarı yaxınlığında qeydə alınıb. Şəxsiyyəti hələ istintaqa məlum olmayan bir qız bıçaqlanaraq öldürülüb, onun yanındakı oğlana isə ağır xəsarət yetirilib.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.