Bakıda oğul anasını bıçaqladı

128250_res_01Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində oğul anasını bıçaqlayıb.

Rayon sakini 39 yaşlı Elşən Ağayev 77 yaşlı anası Sifayə Ağayevaya bıçaqla kürək nahiyəsindən zərbə endirib. S.Ağayeva xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxsin ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.