Sabunçu rayonunda ailə məişət zəminində iki nəfər xəsarət alıb.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Nərimanov küçəsində baş verib.
28 yaşlı Mehdiyev Anar Bayram oğlu və 53 yaşlı Mehdiyev Bayram İsa oğlu yaşadıqları evdə mübahisə edib.
Hər iki şəxs ailənin kiçik oğlu (adı açıqlanmır) tərəfindən bıçaqlanıb.
Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.