Bakıda oğul atasının üzərinə benzin töküb yandırdı

Bakıda oğul atasını yandıraraq öldürüb.

“Report”un xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 31 yaşlı İlyas Mehdiiyev 1936-ci il təvəllüdlü İmdad Mehdiyevin üzərinə benzin tökərək onu və yaşadığı evi yandırıb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

***

Bakıda yanğın faktı qeydə alınıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otağlı evin 4 otağının yanar konstruksiyaları və ev əşyaları 100 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü İmdad Mehdi oğlu Mehdiyevin yanan cəsədi aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 4:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yenicag.az