Bakının Qaradağ rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, hadisə Ələt qəsəbəsində qeydə alınıb.
74 yaşlı İslamova Zərnişan Allahverdi qızını oğlu taxta parçası ilə döyüb. Ağır bədən xəsarətləri alan Zərnişan İslamovanı digər ailə üzvləri xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə barədə Qaradağ Rayon Polis idarəsinə məlumat verilib. Verilən məlumata görə anasını ölümcül döyən oğul əsəb xəstəliyindən əziyyət çəkib.
Faktla əlaqədar Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanıb. Araşdırmalar davam edir.