Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda olan erməni idmançı: "Mxitaryanın yerində olsaydım..." - VİDEO

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı keçirilir.

Yenicag.az xəbər verir ki, yarışda iştirak edənlər arasında erməni əsilli idmançılar da var.

Bunlar Rusiya millisinin heyətində yarışan Qarsevan Canazyan və bacısı Duxik Canazyandır.

Artıq Bakıda olan idmançılar ilk təəssüratlarını da bölüşüblər. Qarsevan Canazyan jurnalistlərə açıqlamasında Bakıda hər şeyin onları qane etdiyini bildirib:

“Burada təhlükəsizlik yüksək səviyyədədir. Ona görə də bura gəlmişik. Bakını gəzmişik, çox gözəldir və tam sərbəst dolaşa bilirik”.

Onun bacısı Duxik Canazyan da Bakıdan razılıqla danışıb: “Burada hər şey superdir. Azərbaycan yeməkləri, qalmaq üçün şərait, xoş münasibət. Günəşli Bakı çox əla, insanlar çox mehribandırlar. Bizə hər şeydə kömək edirlər. Milli Gimnastika Arenası qeyri-adi gözəlliyə malikdir. Bura hər bir imkanları olan geniş zala malikdir. 2015-ci ildə Bakıda I Avropa Oyunlarında iştirak etmişdik. Azarkeşlər burada bütün gimnastları dəstəkləyirlər. Onların bizi də dəstəkləmələri çox xoş olmuşdu. Azərbaycan paytaxtında gözəl idman atmosferi var. Əsas odur ki, layiqincə çıxış edək. Sonrası hakimlərdən asılıdır”.

İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryanın “Çelsi” ilə UEFA Avropa Liqasının final oyunu üçün Bakıya gəlməkdən imtina etməsinə münasibət bildirən Q.Canazyan insanların müxtəlif olduğunu söyləyib: “Azərbaycan tam təhlükəsiz ölkədir. Ona görə də biz buradayıq”.

D.Canazyan isə deyib: “Mən Mixtaryanın yerində olsaydım, Bakıya gələrək komandamın yanında olardım və onu dəstəkləyərdim”.

www.yenicag.az

2333