!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda ölümə aparan preparatlar satılır – SOS

!Reklam – Yazi

derman“Arıqlamaq üçün nəzərdə tutulan preparatlar müxtəlif tərkib mexanizminə malikdir. Bu cür dərmanları həkim təyin etməlidir. Təəssüflər olsun ki, bizim aptek şəbəkələrində bütün dərmanlar satışa çıxarılır”.

Bu sözləri Yeniçağ.az-a qadınların arıqlamaq üçün istifadə etdiyi dərman preparatlarının təhlükəsindən danışarkən tibb üzrə ekspert Adil Qeybulla söyləyib.

Ekspert bildirir ki, aptek və mağaza şəbəkələrində arıqlamaq üçün satışa çıxarılan preparatlar yalnız resept əsasında buraxılmalıdır:
“ Bircə qızdırma üçün və bəzi ağrıkəsicilər reseptsiz satışa çıxarıla bilər. Çünki onlar artıq sınanmış dərmanlardır”.

Adil Qeybulla qeyd edir ki, arıqlamaq proseduru mütləq və mütləq həkim nəzarəti altında olmalı və təyin olunan preparatlar qəbul olunmalıdır:

Adil Qeybulla ile ilgili görsel sonucu“Çünki həmin preparatlar müxtəlif təsir mexanizminə malikdirlər. Onlardan istifadə zamanı orqanizmdəki bəzi minerallar “yuyulub” gedir. Hətta amin turşularının və digər mineralların orqanizmdə yaranmasının qarşısı alınır və minerallar sintez olunmur. Qeyri-adekvat müalicədən sonra insanda psixi dəyişiklik olur və ya orqanizmdə geridönmə prosesləri baş qaldırır. Onu da deyim ki, bəzən televiziyalarda arıqlamaq üçün preparatlar reklam olunur. Bu reklamı həyata keçirənlərin təbabətdən anlayışları belə yoxdur. Təəssüf ki, bu da yolverilməzdir və qanunlarda olan boşluqlardan sui-istifadədir.

Bir daha qeyd edim ki, əgər hər hansı preparat təyin olunursa onun yağ itkiləri, orqanizmdə apardığı dəyişikliklər əleyhinə və s. müəyyən terapiya həyata keçirilməlidir. Hətta sözügedən dərmanlardan əlavə, otlardan hazırlanmış çayları da qəbul etmək təhlükəlidir. Çünki onlar da orqanizmə dərman kimi təsir edir. Bəzən otlar dəqiq dozalana bilmir, amma dərmanlar dozalanır. Nəticədə, onların təsiri daha da ağır fəsadlar yaradır”.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

1946
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv