Bakıda orta yaşlı kişi bıçaqlanıb

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az “Report”a istindən xəbər verir ki, hadisə ötən gecə Hüseynbala Əliyev küçəsində qeydə alınıb. 1980-ci il təvəllüdlü Əhmədov Rövşən Nuşirəvan oğlu evə gedərkən tanımadığı şəxslə mübahisə edib. Mübahisənin sonunda o, bıçaqlanaraq ağır xəsarət alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə Yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.