Bakıda ötən ay qətl törədən şəxs tutulub.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə aprelin 10-da Biləcəri qəsəbəsi ərazisindən qəsəbə sakini Cavad Allahverdiyevin ürək nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən İmişli rayon sakini R.Rəhmanov müəyyən edilərək idarə etdiyi “VAZ-21214” markalı avtomobillə birgə saxlanılıb.
Araşdırma aparılır.