“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Bakı Fotoqrafiya Evinin dəstəyi ilə Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən təşkil edilən “Özbəkistan – Şərqin incisi” adlı fotosərgi keçirilib.
Yenicag.az xəbər verir ki, sərgi “Новая Эпоха” (“Yeni Çağ”) onlayn analitik qəzetinin redaktoru, jurnalist və səyyah Rüstəm Qasımovun Özbəkistanın müxtəlif regionlarına səfəri zamanı çəkdiyi şəkillərdən təşkil olunub.
Aprelin 21-də açılışı keçirilən sərgiyə Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, müxtəlif dövlətlərin ölkəmizdəki diplomatik nümayəndəliklərinin rəhbərləri, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, mədəniyyət və ictimaiyyət nümayəndələri, jurnalistlər qatılıb.
Ekspozisiyasında Özbəkistanın üç – Daşkənd, Səmərqənd və Buxara şəhərlərində çəkilmiş ölkənin memarlıq abidələrini, dekorativ-tətbiqi sənət nümunələrini və zəngin mədəni irsini əks etdirən fotoşəkillər yer aldığinsqrgiyə böyük maraq olub. Bu səbəbdən 21-23 aprel tarixlərində keçirilməsi planlanan sərgi aprelin 24-ü də davam edib.
Sərgi ilə bağlı Özbəkistan, Qazaxıstan, Türkiyə və Azərbaycan mediasında çoxsaylı xəbərlər dərc olunub, sənət tənqidçilərinin peşəkar yazıları yayımlanıb.