Bakıda özəl otel yandı

yy054Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus oteldə ümumi sahəsi 50 m² olan 3 otaqlı kotecin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə və 1 ədəd çarpayı yanıb.

AzFakt.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, kotecin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:50-də söndürülüb.