Bakıda özəl şirkətdə ölüm hadisəsi baş verib
Bakıda özəl şirkətdə ölüm hadisəsi qeydə alınıb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, “Azərinşaat Servis” MMC-də gözətçi işləyən Əlikram Atamoğlanovun meyiti aşkarlanıb. Onun ürək tutmasından öldüyü ehtimal olunur. Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı araşdırma aparılır.