!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda özünü maşının altına atan aşkarlandı

!Reklam – Yazi

qeza 4554sd56465aÖzünü maşının altına atıb pul qazananlar var; Bakıda sürücünü talan edən «vurulmuş piyada»nın əməlini qonşusu aşkara çıxarıb

Bu yolla pul qazanan insanlar da var. Dünyanın hər yerində belələrinə rast gəlmək mümkündür. Hətta, belə kadrları filmlərə də çəkirlər. Çünki reallığı əks elətdirir. Azərbaycanda belə hadisələrin baş vermədiyini qətil şəkildə inkar etmək olmaz. Bu yaxınlarda Avtosfer.az-a müraciət edən bir sürücü bildirmişdi ki, təsadüfən yolu keçən piyadaya maşınla toxunub. Piyada dərhal özünü yerə yıxıb. Sürücü onu xəstəxanaya çatdırmaq istədikdə isə piyada guya ona yaxşılıq edirmiş kimi, yüngül xəsarət aldığını və «məni evə apar» deyib. Sonra isə sürücünün «qara günləri» başlayıb. Hər gün həmin sürücüdən pul istəyən piyadanın əməlinin üstünü öz qonşusu açıb. Bir gün həmin sürücü yenidən «vurduğu» piyadaya pul apararkən həyətdə onun qonşusu ilə rastlaşıb. «Zərərçəkən»in qonşusu həmin sürücüdən kimliyini, bu binaya niyə tez-tez gəldiyini soruşduqda sürücü olanları ona danışıb və qonşunu vurduğunu bildirərək neçə aydır ona pul verdiyini deyib. Qonşu kişi bu sözləri eşidən kimi bir cümlə işlədib: «O adamı ayda iki dəfə maşın vurur, onun çörəyi bundan çıxır». Bu sözlərdən sonra sürücü bir daha «vurduğu» piyadaya baş çəkməyib.
Yeri gəlmişkən, bu cür olayları əks etdirən yumoristik səhnəcikləri «Bu şəhərdə» tamaşasında, eyni zamanda, ANS-də yayımlanan «Bu da bu» serialında görmək mümkündür. Hər halda, bu cür ssenarilərin əksəriyyəti həyatdan götürülür. Bu yolla pul qazananlar unutmasınlar ki, bir gün onları həqiqətən də maşın vuracaq. (avtosfer.az)

www.yenicag.az

621
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv