42 yaşlı şəxs Respublika Yanıq Mərkəzində vəfat edib
Bir neçə gün əvvəl Bakıda özünü yandıran şəxs xəstəxanada vəfat edib. Lent.az xəbər verir ki, ANS telekanalının həyətində üzərinə benzin tökərək özünə od vuran 1973-cü il təvəllüdlü Hüseynov Ayaz Fikrət oğlu Respublika Yanıq Mərkəzində vəfat edib. Həkimlər ikinci və üçüncü dərəcəli müxtəlif yanıq xəsarətləri almış 42 yaşlı kişinin həyatını xilas edə bilməyiblər.
ANS-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Məmmədov Lent.az-a açıqlamasında məzuniyyətdən yeni qayıtdığı üçün məlumatsız olduğunu deyib(lent).