Bakıda partlayış baş vermiş mebel sexində qazlaşdırma olub? – RƏSMİ AÇIQLAMA

“Bakıda partlayış baş verən mebel sexinə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qazlaşdırma həyata keçirilməyib”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı partlayışın təbii qazdan olması ilə bağlı iddialara münasibət bildirərkən deyib.

“Biz dəfələrlə demişik ki, təbii qaz verdiyimiz ərazi mebel sexinə deyil, onun aid olduğu ofisədir. Orada isə heç bir yanğın baş verməyib. Hələ indiyə qədər heç bir dövlət qurumunun, hətta ilkin məlumatda belə partlayışın qazdan baş verməsinə dair heç bir açıqlama olmayıb.
“Biz mütəxəssis olmadığımız üçün o cür partlayışın qazdan olub-olmaması sualına cavab verə bilməyəcəyik. Ancaq bizim əməkdaşlar, müstəqil və tərəfsiz qurum olan “Təmiz Qaz”ın əməkdaşı, Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun nümayəndələri orada bir neçə gün istintaq tədbirləri həyata keçirdilər”, – E. Vəliyev bildirib.

Xatırladaq ki, yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında yerləşən mebel sexində partlayış-yanğın olub. Nəticədə 9 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Partlayışla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

COP29