!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda pedofil saxlanıldı

!Reklam – Yazi

127774_res_01Xətai Rayon Polis İdarəsinin əməkdaşları azyaşlıya qarşı seksual xarakterli cinayət faktının üstünü açıblar.

Bu barədə virtualaz.org-a adıçəkilən polis idarəsindən bildirilib.

Məlumata görə, 15 yaşlı K.R (qızın ad və soyadı etik normalara görə dəyişdirlib) bir ay imiş 34-cü polis bölməsinin ərazisində olan Şirvani küçəsindəki şəhər kafelərinin birində saxlanılırmış.

Bütün bu müddət ərzində azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edilib. Cinayət əməlləri məhz belə təsnifləşdirilib.

Qeyd edək ki, qız 2015-ci ilin dekabr ayının 26-dan itkin düşmüş hesab edilir. Valideynləri qızlarının harada olduğu barədə məluamtsız idilər. Və yalnız yanvar ayının 29-da polislər onu “Azəri” kafesində tapıblar.

Şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib – bu, 1989-cu il təvəllüdlü şəxsdir.

Qeyd edək ki, əməliyyatçılar şübhəli şəxsi saxlayaraq istintaqa təhvil veriblər.

Fakt üzrə araşdırma davam edir.

www.yenicag.az

692
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv