Bakıda piyadanı maşın vurdu

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, iyunun 7-də saat 22 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Novruzov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən qəsəbə sakini Rəsul Abbasovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.