Bakıda piyadanı vuran sürücü hadisə yerindən qaçdı

Avqustun 28-də saat 23 radələrində paytaxtın Nərimanov rayonu K.Rəhimov küçəsində naməlum sürücü idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini N.Məmmədlini vuraraq hadisə yerini tərk edib.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb. Avtomobil rayon ərazisində tapılıb.

İlkin əməliyyat-axtarış tədbirləri Nərimanov RPİ tərəfindən aparılır.